Xəbərlər

Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi, Kapital formalaşdırılması üzrə qlobal rəhbəri Erik Varvel və "BlackRock" şirkətinin baş idarəedici direktoru Cud Abdel Macid ilə görüş keçirib.

Xəbər

RİNN əməkdaşları üçün hesabatlılıq və şəffaflığa dair növbəti təlim keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin daha bir qrup əməkdaşı üçün “Hesabatlılıq və şəffaflığın təmin olunması: normativ hüquqi baza və institusional mexanizmlər” mövzusunda təlim təşkil olunub. Tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində baş tutub.

Xəbər

Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının ətraf mühitin mühafizəsi üzrə İşçi qrupunun iclası keçirilir

Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika regionu üzrə ətraf mühitin mühafizəsinə dair İşçi qrupunun iclası keçirilir. Tədbirdə “ICAO”nun ətraf mühit strategiyası, dövlətlərin emissiyaların azaldılması üzrə fəaliyyət planları təqdim olunur, bu sahədəki son yeniliklər müzakirə edilir.

Xəbər