Nazir Rəşad Nəbiyev Çinin “China Construction Infrastructure Co., Ltd.” şirkətinin baş direktorunun müavini ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çinin “China Construction Infrastructure Co., Ltd.” şirkətinin baş direktorunun müavini Cai Jianzhou ilə görüşüb.
Görüşdə Azərbaycanda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, ölkəmizin tranzit və logistika imkanları, xüsusilə Orta Dəhlizin inkişafındakı rolu barədə məlumat verilib. Eyni zamanda Bakı Metropoliteninin, dəmir yolu və yüngül relsli nəqliyyat şəbəkəsinin, eləcə də hava limanı infrastrukturunun inkişafı istiqamətindəki layihələr müzakirə edilib.
Azərbaycanın rəqəmsal infrastrukturunun sürətli inkişafı, süni intellekt, qabaqcıl hesablama imkanları və məlumat mərkəzləri üzrə regional platformaya çevrilmək hədəfləri çərçivəsində, eləcə də iri infrastruktur və rəqəmsal layihələr üzrə “China Construction Infrastructure Co., Ltd.” ilə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.