Xəbər

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin 49-cu dünya finalı çərçivəsində mətbuat konfransı baş tutub

Xəbər
Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin 49-cu dünya finalı çərçivəsində mətbuat konfransı baş tutub

4 sentyabr 2025-ci il tarixində Bakı Konqres Mərkəzində Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı çərçivəsində mətbuat konfransı keçirilib. Tədbir yerli media nümayəndələrinin, tərəfdaş qurumların və təşkilatçıların iştirakı ilə baş tutub.

Mətbuat konfransının əsas məqsədi yarışmanın Bakıda təşkil olunmasının əhəmiyyətini ictimaiyyətə çatdırmaq, tərəfdaşların rolunu təqdim etmək və media nümayəndələrinin suallarını cavablandırmaq olub.

Konfrans zamanı çıxışlarda Azərbaycanın innovasiya və texnologiya sahəsində artan rolu, ICPC yarışmasının gənclərin inkişafında əhəmiyyəti və Bakıda keçirilən final mərhələsinin beynəlxalq əməkdaşlıqlara verdiyi töhfələr vurğulanıb.

Qeyd edək ki, 31 avqust – 5 sentyabr tarixlərində Bakı şəhəri Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalına ev sahibliyi edir. Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri hesab olunan müsabiqənin finalı “ICPC Foundation”un təşkilatçılığı, ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə keçirilir. Dünya finalında 70 ölkədən 140 ali təhsil müəssisəsini təmsil edən komandalar (hər komandada 3 tələbə olmaqla) iştirak edirlər.