Azərbaycan nümayəndə heyəti Qəzvin-Rəşt dəmir yolunun rəsmi açılış mərasimində iştirak edib
Martın 6-da İran İslam Respublikasının Rəşt şəhərində Azərbaycan və İran dəmir yolu şəbəkələrinin birləşdirilməsi istiqamətində reallaşdırılmış mühüm layihə olan Qəzvin-Rəşt dəmir yolunun rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan tərəfdən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, iqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov iştirak ediblər.
Səfər çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan nümayəndə heyətini qəbul edib.
Qeyd edək ki, gələcəkdə Rəşt-Astara (İran İslam Respublikası) dəmir yolunun tikintisi yüklərin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə birbaşa Fars körfəzi limanlarından dəmir yolu nəqliyyatı vasitəsi ilə Rusiyadan keçməklə Skandinaviya və Qərbi Avropa ölkələrinə, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu ilə cənub-şərq Avropa ölkələrinə daşınmasına imkan verəcək.