Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
İclasda nazirliyin Aparat rəhbərinin müavini Asif İsmayılov və Şuranın 8 üzvü iştirak edib.
İctimai Şuranın sədri Siruz Abasbəyli iclası açaraq seçkilərdən sonrakı dövrdə görülən işlər haqqında qısa məlumat verib.
İclasda çıxış edən nazirliyin Aparat rəhbərinin müavini Asif İsmayılov Şuranın işinin daha da keyfiyyətli olması üçün nazirlik tərəfindən bütün imkanların yaradılmasına çalışacaqlarını bildirib.
Şura üzvlərindən Osman Gündüz, Qalib Qurbanov, Fərhad Eyyubov, Fərid Kazımov, Elnarə Məhərrəmova, Fərid Pərdəşünas mövcud çətinliklər və həlli yolları barədə danışıb.
İclasın sonunda qarşıdakı aylarda görüləcək işlər haqda operativ planın hazırlanması təklif edilib. Osman Gündüzün, Fərid Kazımovun, Fərhad Eyyubovun verdiyi təkliflər İş Planına daxil edilib.