Nazirlik ictimai iştirakçılıq sahəsində səmərəli fəaliyyətinə görə təltif olundu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) “İctimai iştirakçılıq sahəsində səmərəli fəaliyyətə görə” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif olunub.
Eyni zamanda, RİNN yanında İctimai Şuranın sədri Siruz Abasbəyli ictimai iştirakçılığın təmin edilməsində aktiv fəaliyyətə görə Fəxri Fərmana layiq görülüb.