İctimai Şuranın üzvləri “Azərpoct” MMC-də görüş keçirib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri “Azərpoct” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilovla görüşüblər.
Görüş zamanı İctimai Şuranın sədri Siruz Abasbəyli Şuranın son zamanlar gördüyü işlər və gələcək planlar haqqında məlumat verib. Görüşün “Azərpoct” MMC-nin işi ilə tanış olmaq, mövcud olan problemlərin həlli yollarını araşdırmaq məqsədi daşıdığı vurğulanıb.
“Azərpoct” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov İctimai Şuranın üzvlərini müəssisədə həyata keçirilən yeniliklər barədə məlumatlandırıb.