İctimai Şuranın rəhbərliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətində görüş keçirib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədri Siruz Abasbəyli və sədr müavini Qalib Qurbanov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevlə görüşüb.
Görüşün keçirilməsində məqsəd bu yaxınlarda İctimai Şuranın təşkil edəcəyi “Şəhər mobilliyinin müasir problemləri” mövzusu ətrafında dinləmənin müzakirəsi olub.
Müvafiq qurumların və ictimaiyyətin aktiv iştirakı, iş proqramı və əsas istiqamətlər haqqında fikir mübadiləsi aparılıb.