İctimai Şuranın növbəti iclası keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
İclasda 2024-cü ilin II rübündə görüləcək işlərin planı müzakirə olunub.
Plana əsasən, II rübdə müvafiq sahələr üzrə mövcud vəziyyət və perspektivlərlə tanışlıq məqsədilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində görüşlərin keçirilməsi nəzərdə tutulur.