Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin və təmsilçilərin qeydiyyatı barədə ELAN
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi və İctimai Şuraya seçkilərlə əlaqədar vətəndaş cəmiyyəti institutlarının birgə yığıncağında iştirak etmək üçün təmsilçilərin qeydiyyatı prosesinə 27 avqust 2024-cü il tarixindən başlanılması qərara alınıb.
İctimai Şuranın üzvlüyünə namizədlərin qeydə alınması prosesi 20 iş günü müddətində, yəni 23 senyabr 2024-cü il tarixində, saat 18:00-da yekunlaşacaq.
İctimai Şuranın üzvlüyünə namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək. İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.
1. Namizədlərə dair tələblər:
– İctimai Şuranın üzvlüyünə yüksək mənəvi, əxlaqi keyfiyyətlərə, nəqliyyat, o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), elektron hökumət, kosmik fəaliyyət, yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsi üzrə təcrübə və biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər.
– Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
– İctimai Şuranın üzvlüyünə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşlarının namizədlikləri irəli sürülə bilməz.
Namizədlərin qeydiyyatı:
Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. İctimai Şuranın üzvlüyünə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə).
2. Namizədin şəxsiyyət vəsiqəsinin surəti.
3. Namizədin tərcümeyi-halı.
4. Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvüdürsə, həmin üzvlüyü təsdiq edən sənədin surəti.
5. Namizədin nəqliyyat, o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), elektron hökumət, kosmik fəaliyyət, yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsi üzrə təcrübə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).
Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.
2. Təmsilçilərə dair tələblər:
– İctimai Şuraya seçkidə yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər.
– Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuraya seçkilərlə əlaqədar vətəndaş cəmiyyəti institutlarının birgə yığıncağında iştirak etmək üçün yalnız bir təmsilçi irəli sürə bilər.
Təmsilçilərin qeydiyyatı:
Təmsilçilərin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Təmsilçinin qeydiyyata alınması üçün müraciət (təmsilçinin təvəllüdü, yaşayış yeri, əlaqə
vasitəsi göstərilməklə).
2. Təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti.
3. Vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.
Təmsilçilərin qeydiyyatı seçki gününə on gün qalanadək davam edəcək.
3. Sənədlərin qəbulu və baxılması
Namizəd və təmsilçilərin qeydiyyatı məsələsinə İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən baxılır.
İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi və təmsilçilərin qeydiyyata alınması ilə bağlı tələb olunan məlumatlar IctimaishuraRINN@mincom.gov.az elektron poçt ünvanı vasitəsilə təqdim edilə bilər.
Əlaqələndirici şəxs: Rəna Hacıyeva (tel.: +99412 598-58-58 (daxili 290); +99410 250-48-48).
Qoşma: Müraciət formaları – 2 vərəq.
Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi yanında İctimai Şuraya
seçkilər üzrə Seçki Komissiyasına
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə __________________________________________ İctimai Birliyi tərəfindən
(təşkilatın tam adı)
_________________________________________________________ namizədliyi irəli sürülür.
(namizədin soyadı, adı, atasının adı)
Aşağıdakı sənədlər əlavə olunur:
Namizədin tərcümeyi-halı;
Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
Namizədin vətəndaş cəmiyyəti institutunun üzvü olduğunu təsdiq edən sənədin surəti;
Şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).
Əlavə _____ vərəq
Hörmətlə,
_______________________________________________________
İmza: M.Y.
Tarix:
Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi yanında İctimai Şuraya
seçkilər üzrə Seçki Komissiyasına
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuraya seçkilərlə əlaqədar vətəndaş cəmiyyəti institutlarının birgə yığıncağında ________________________________________________________________İctimai Birliyinin
(təşkilatın tam adı)
təmsilçisi kimi ______________________________________________________ iştirak edəcək.
(təmsilçinin soyadı, adı, atasının adı)
Təmsilçi barədə zəruri məlumalar (təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) əlavə olunur.
Hörmətlə,
______________________________________________________________
İmza: M.Y.
Tarix: