Xəbərlər

Nazir Rəşad Nəbiyev Oğuzda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 26 sentyabr 2025-ci il tarixində saat 10:00-da Oğuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki, Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edəcək.

Xəbər

“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

“İnnovasiya” işçi qrupuna daxil olan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.2-ci Məqsədi: “Yaradıcı və İnnovativ Cəmiyyət” üzrə tədbirlərinin 2025-ci ilin I yarımili üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən aparılmış monitorinq və qiymətləndirmə nəticələri müzakirə olunub. İclas zamanı qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək keyfiyyətli icrası istiqamətində təklif və tövsiyələr səsləndirilib.  Eyni zamanda icrası tamamlanmamış tədbirlərlə bağlı qarşıya çıxan çətinliklər nəzərdən keçirilmiş və onların cari ilin sonunadək yekunlaşdırılmasına dair müvafiq təkliflər və tapşırıqlar verilib.

Xəbər