Xəbər

Nazir Rəşad Nəbiyev 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak edib

Xəbər
Nazir Rəşad Nəbiyev 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstanda keçirilən 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak edib.

Nazir Azərbaycanın Orta Dəhliz üzrə həyata keçirdiyi məqsədyönlü və müasir infrastruktur yatırımları, həmçinin daxili nəqliyyat şəbəkəsinin gücləndirilməsi istiqamətində atılan addımların nəticələrini diqqətə çatdırıb.

Rəşad Nəbiyev çıxışı zamanı Zəngəzur dəhlizi üzrə aparılan sürətli infrastruktur işlərini və bu layihənin region üçün strateji əhəmiyyətini xüsusi vurğulayıb.

Nazir, həmçinin Azərbaycanın nəqliyyat sahəsindəki strateji mövqeyi, müasir logistika imkanları və gələcəyə hesablanmış təşəbbüsləri barədə ətraflı məlumat verib.