Azərbaycan nümayəndə heyəti Dubayda “PostEurop” təşkilatının rəsmiləri ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “PostEurop” təşkilatının (Avropa Poçtu) Baş katibi Botond Szebeni və İdarə heyətinin sədri Elena Fernandez-Rodriguez ilə görüşüb.