Azərbaycan və Keniya arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Keniya Respublikasının informasiya, rabitə və rəqəmsal iqtisadiyyat naziri Vilyam Kaboqo Gitau ilə görüşüb.
Görüş zamanı rəqəmsallaşma, o cümlədən peyk xidmətləri sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Qarşı tərəf SİMA və “mygov” həllərinin Keniyada tətbiqində maraqlı olduğunu bildirib.