Xəbərlər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsallaşma səviyyəsi qiymətləndirilib

Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli 287 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”na uyğun olaraq dövlət qurumlarında rəqəmsal inkişaf proseslərinin monitorinqi və qiymətləndirilməsi üçün əsas fəaliyyət göstəriciləri sistemlərinin, rəqəmsallaşma diaqnostikasının və sürətləndirilmiş rəqəmsallaşdırma ssenarilərinin hazırlanması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyində (KTN) rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılıb.

Xəbər

İRİA rəhbər şəxslər üçün növbəti kibermaarifləndirmə təlimi təşkil edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi “CyberCollab” layihəsi çərçivəsində İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yollarının (AZAL) rəhbər şəxsləri üçün kibermaarifləndirmə təlimi təşkil edib. Təlimdə AZAL-ın 50-dən çox rəhbər şəxsi iştirak edib.

Xəbər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tərkibində Azərbaycan İnnovasiya Mərkəzi (AİM) təsis edilib. Mərkəzin açılış mərasimdə ADNSU rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, o cümlədən universitetin startap qurucuları iştirak ediblər.

Xəbər