Xəbər

Nazir Rəşad Nəbiyev avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma həyata keçirən daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirib

Xəbər
Nazir Rəşad Nəbiyev avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma həyata keçirən daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma həyata keçirən daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı beynəlxalq daşımalar sahəsində mövcud vəziyyət, daşıyıcıların beynəlxalq bazarlarda iştirakının artırılması istiqamətində görülən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda daşıyıcıların təklifləri dinlənilib və fəaliyyətin daha səmərəli təşkili istiqamətində atılacaq addımlar müzakirə edilib.