Azərbaycan “Qlobal Dayanıqlı Nəqliyyat Forumu” tədbirində təmsil olunub
Çin Xalq Respublikasında müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə “Qlobal Dayanıqlı Nəqliyyat Forumu” keçirilib. Tədbirin məqsədi nəqliyyat sahəsində dayanıqlı inkişafın təmin olunması üçün holistik baxışın və vahid strategiyanın formalaşdırılması, innovativ və təkrarlanabilən təşəbbüslərin paylaşılması, rəqəmsal inkişaf, yaşıl və aşağı karbonlu texnologiyalar, nəqliyyat sistemlərinin inklüzivliyi və təhlükəsizliyi ilə bağlı qlobal əməkdaşlığı gücləndirməkdir.