Nazir Rəşad Nəbiyev İsrail, Belarus və İsveçrənin fövqəladə və səlahiyyətli səfirləri ilə görüşüb
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrail, Belarus və İsveçrənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq yükdaşıma və tranzit imkanlarının artırılması, həmçinin rəqəmsal innovasiyalar, süni intellekt, kibertəhlükəsizlik və peyk texnologiyaları üzrə birgə fəaliyyət perspektivləri müzakirə edilib.
Eyni zamanda peşəkar kadr hazırlığı, təcrübə və bilik mübadiləsi, eləcə də təlim mərkəzlərinin yaradılması kimi təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.