Xəbərlər

Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır

Azərbaycanda beynəlxalq ticarət əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən beynəlxalq yükdaşıma əməliyyatları ilə bağlı proseslərin rəqəmsallaşdırılması, məlumatların xarici ticarət iştirakçıları ilə aidiyyəti dövlət orqanları arasında real vaxt rejimində inteqrasiyasının təmin edilməsi və ölkənin logistika sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə digər qurumların iştirakı ilə Rəqəmsal Logistika Platforması (DLP – Digital Logistics Platform) yaradılır.

Xəbər

Nazir Rəşad Nəbiyev Naxçıvanda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 dekabr 2025-ci il tarixində saat 09:00-da Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında (ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi,1) Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarının və Naxçıvan şəhərinin sakinlərini qəbul edəcək.

Xəbər