Xəbər

Ulu Öndərin adını daşıyan “Heydər zirvəsi”nə yürüşün iştirakçıları təltif edilib

Xəbər
Ulu Öndərin adını daşıyan “Heydər zirvəsi”nə yürüşün iştirakçıları təltif edilib

“Heydər Əliyev İli” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkilatçılığı ilə “Heydər zirvəsi”nə yürüş keçirilib.

“Heydər zirvəsi”nə yürüşə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və tabeli qurumlarının əməkdaşları qatılıblar.

Nazirlikdə yürüş iştirakçılarının təltifetmə mərasimi keçirilib.

Ümummilli Liderin adını daşıyan “Heydər zirvəsi”nə yürüş edən əməkdaşlara sertifikatlar təqdim olunub.