Xəbər

TRT-nin nümayəndə heyəti Azərbaycanda teleradio yayımı ilə bağlı araşdırma aparıb

Xəbər
TRT-nin nümayəndə heyəti Azərbaycanda teleradio yayımı ilə bağlı araşdırma aparıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Radio-Televiziya Qurumunun (TRT) nümayəndə heyəti proqram üzrə fəaliyyətini başa vurub.

 

Heyət səfər çərçivəsində paytaxt və bölgələrdə yerləşən Radio-Televiziya Yayım Stansiyalarına texniki baxış keçirib və radiomonitorinq aparıb. Bu prosesdə həmçinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin, eləcə də Audiovizual Şuranın mütəxəssisləri iştirak ediblər.

 

Sonda aparılmış işlərin nəticələri müzakirə olunub.

 

Nümayəndə heyəti səfərlə bağlı yekun hesabat hazırlayıb Azərbaycan tərəfinə təqdim edəcək.

 

Hesabatda ölkədə radio yayımını həyata keçirən texniki vasitələrin müvafiq normativlərə uyğun istismarının təşkili və şəbəkənin optimallaşdırılmasına dair tövsiyələr əksini tapacaq.

 

Qeyd edək ki, TRT nümayəndə heyətinin Azərbaycana səfəri yanvarın 16-dan 19-dək davam edib.