Xəbər

“Texnologiya və innovasiyalar” İşçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının cari statusu müzakirə olunub

Xəbər
“Texnologiya və innovasiyalar” İşçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının cari statusu müzakirə olunub

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, İşçi qrupun rəhbəri və üzvləri, eyni zamanda özəl sektor nümayəndələri iştirak ediblər.

Toplantıda “Texnologiya və innovasiyalar” İşçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının icra statusu, tədbirlərin icrası zamanı qarşıya çıxan problemlər və müvafiq həll yolları müzakirə olunub.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış nitqi ilə çıxış edərək Fəaliyyət Planının tam və vaxtında icrası, eyni zamanda “Qlobal İnnovasiya İndeksi”nin növbəti nəşrlərində ölkənin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə İşçi qrupun üzvləri ilə aylıq əsasda tematik görüşlərin keçirilməsinin və Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya daxilində yaradılmış digər aidiyyəti işçi qrupları ilə müzakirələrin aparılmasının vacibliyini bildirib.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə “Qlobal İnnovasiya İndeksi”nin növbəti buraxılışının qiymətləndirilməsi üçün Dünya Əqli Mülkiyyət Agentliyi tərəfindən məlumatların toplanılma prosesinin yekun mərhələdə olduğunu diqqətə çatdırıb. O, həmçinin vurğulayıb ki, “Qlobal İnnovasiya İndeksi”nə daxil olan indikatorların əhəmiyyətli hissəsinin icrasının təmin edilməsinə “Texnologiya və innovasiyalar” İşçi qrupu cavabdehdir və bu istiqamətdə onun fəaliyyəti aparıcı rola malikdir.

İclasda səsləndirilən fikirlər əsasında İşçi qrup müvafiq təkliflər və qərarlar qəbul edib.

Məlumat üçün bildirək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).