Rəşad Nəbiyev “Ookla” şirkətinin prezidenti ilə görüşüb

Nazir Rəşad Nəbiyev Bakıda səfərdə olan “Ookla” şirkətinin prezidenti və eyni zamanda baş icraçı direktoru Stefen Bay ilə görüşüb.
Görüşdə İKT sahəsində əməkdaşlıq və birgə layihələrin icrası müzakirə edilib.
Stefen Bay Azərbaycanda son 4 il ərzində genişzolaqlı internetə çıxış imkanının 4 dəfə artdığını və bunun əhəmiyyətli göstərici olduğunu bildirib.
“Ookla” şirkətinin rəhbərliyi Azərbaycanda internet xidmətinin keyfiyyət göstəricilərinin operator və provayderlər tərəfindən “Speedtest” alətindən istifadə edilməklə ölçüldüyünü vurğulayıb. Nəticələrə əsasən son 1 il ərzində sabit genişzolaqlı internetin median sürətinin 2 dəfə artdığını qeyd edib.