Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri Qadın və Uşaq Sığınacağını ziyarət ediblər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri Qadın və Uşaq Sığınacağını ziyarət ediblər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri 15 sentyabr – Bilik Günü münasibətilə Qadın və Uşaq Sığınacağındakı azyaşlıları ziyarət ediblər. Məktəblilərə çanta və dərs ləvazimatları hədiyyə olunub.

 

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Fidan Fərzəliyevanın rəhbərlik etdiyi heyət sığınacağın vəziyyəti ilə maraqlanıb. Təşkilatın sədri Mehriban Zeynalova mövcud şərait və çətinliklər barədə məlumat verib. Söhbət zamanı sığınacaq sakinlərinə kibertəhlükəsizlik üzrə təlimlərin keçirilməsi və bir sıra digər ehtiyacların təmin olunması barədə razılığa gəlinib.