Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Anım Günüdür.
Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib.
Ziyarətçilər Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Xalqımız Ulu öndərə göstərdiyi böyük ehtiramı Anım Günündə bir daha əyani şəkildə nümayiş etdirir. Bu, xalqın öz xilaskarına bəslədiyi səmimi hisslərin təzahürüdür.