Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.
20 Yanvar faciəsi ümumxalq faciəsi olmaqla yanaşı, Azərbaycan xalqının istiqlal uğrunda apardığı mübarizənin şərəfli bir səhifəsidir. Qanlı yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət Ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll edilməsinə xüsusi diqqətlə yanaşır.