Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyası keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi Respublika Qan Bankının təşkilati dəstəyi ilə qanvermə aksiyası keçirilib. Aksiyada Nazirliyin, habelə tabeli qurumların əməkdaşları fəal iştirak ediblər.
Əvvəlcə donor olmaq istəyən şəxslərin sağlamlığı yoxlanılıb, sonra uyğun olanlardan qan götürülüb. Toplanan qan ehtiyatı talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə ediləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyaları mütəmadi olaraq təşkil edilir.