Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zəfər Günü ilə əlaqədar qanvermə aksiyası keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zəfər Günü ilə əlaqədar qanvermə aksiyası keçirib

Vətən müharibəsində qazanılmış Zəfərin ikinci ildönümü ərəfəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü, “Aztelekom” MMC və Mərkəzi Qan Bankının təşkilati dəstəyi ilə qanvermə aksiyası keçirilib.

 

Aksiya Azərbaycanın ərazi bütövlüyü uğrunda qanından-canından keçmiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq təşkil olunub.

 

Mərkəzi Qan Bankının səyyar tibbi heyəti donorları müayinə etdikdən sonra tibbi parametrləri uyğun gələn şəxslərdən qan götürüb.

 

Aksiya çərçivəsində nazirlik və tabeliyində olan qurumların 130-dək əməkdaşı qan verib.

 

Yığılan qan ehtiyatı yoxlanılaraq qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.