Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qardaş Türkiyəyə humanitar yardım göndərib
Qardaş Türkiyədə baş vermiş zəlzələnin ağır nəticələri hamımızı dərindən kədərləndirib və sarsıdıb. Bu ağır günlərdə türk bacı və qardaşlarımızın dərdini və çətinliyini bölüşmək üçün Azərbaycanda hər bir kəs yardıma can atır, əlindən gələni etməyə çalışır.
Öz növbəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də faciədən zərər çəkmiş türk bacı və qardaşlarımız üçün humanitar yardım göndərib.
Türkiyədə zəlzələdən xəsarət alanlara, yaralananlara şəfa, dünyasını dəyişənlərə isə rəhmət diləyirik.