Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “İnnovativ könüllü” proqramına start verir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “İnnovativ könüllü” proqramına  start verir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə “İnnovativ könüllü” proqramına start verilir.

 

“Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunan proqram gənclərin ictimai-sosial aktivliyinin artırılması məqsədilə həyata keçirilir.

 

İlkin mərhələdə nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC üçün nəzərdə tutulan “Azərpoçt könüllüləri” istiqaməti üzrə qeydiyyat aparılır. Proqrama 16-26 yaş aralığında olan şəxslər müraciət edə bilərlər.

 

Bu link vasitəsilə 23 iyun 2022-ci il tarixinədək qeydiyyatdan keçmək mümkündür.

 

“Azərpoçt könüllüləri” layihəsinin birinci mərhələsi “Azərpoçt” MMC-nin Bakı şəhərində yerləşən poçt xidmət mərkəzlərində həyata keçiriləcək. Könüllülər 2 əsas mərkəzi poçt məntəqəsi üzrə 3 növbədə fəaliyyət göstərəcəklər.

 

Rəqəmsallaşma və yenilənmə proseslərinə keçid etməkdə olan “Azərpoçt” bu layihəni vətəndaş məmnuniyyətinin ölçülməsi, onlardan gələn təklif və şikayətlərin araşdırılması məqsədilə iki ay müddətində davam etdirəcək.