Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüş keçirib

Ramin Quluzadə Ukraynanın  İnfrastruktur naziri ilə görüş keçirib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Ukrayna Respublikasının İnfrastruktur naziri Vladislav Krikliy ilə görüş keçirib.

 

Görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər barədə geniş müzakirələr aparılıb.

 

Eyni zamanda Azərbaycan və Ukrayna arasında beynəlxalq yükdaşımalarının səmərəli təşkili və həcminin daha da artırılması məqsədilə birgə addımların atılmasının vacibliyi vurğulanıb.