Rabitə və yüksək texnologiyalar sahəsi işçiləri peşə bayramı günü münasibətilə ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Rabitə və yüksək texnologiyalar sahəsi işçiləri peşə bayramı günü münasibətilə ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Dekabrın 6-da qeyd edilən Azərbaycanda rabitə və yüksək texnologiyaları sahəsinin işçiləri peşə bayramı günü münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivi Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

 

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər qoyulub.