Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apelyasiya Şurasının növbəti iclası keçirildi

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması haqqında” Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apelyasiya Şurasının iclası keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayevin sədrliyi ilə keçirilmiş iclasda “Avand Company” MMC-nin müraciətinə baxılıb.
Şikayət qismən təmin edilərək, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə “Lisenziya və icazələr haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası qanunlarının göstərişlərinə əməl edilməklə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyətinin ona verilmiş pasportun tələblərinə uyğun olmasının yoxlanılması istiqamətində tədbirlərin görülməsi tapşırılıb.