Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi şəhid ailələrinə bayram sovqatı göndərib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi şəhid ailələrinə bayram sovqatı göndərib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Novruz Bayramı münasibəti ilə şəhid ailələrinə sovqat paylanıb.

 

Bayram sovqatı “Azərpoçt” MMC-nin əməkdaşları tərəfindən Bakıda və bölgələrdə yaşayan 86 ailəyə təqdim olunub.

 

Əməkdaşlar şəhid ailələrini bayram münasibəti ilə təbrik edərək xoş arzularını dilə gətiriblər.

 

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq müxtəlif sosial aksiyalar həyata keçirir və bu yönümlü layihələrə dəstək verir.