Nazirliyin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.
Nazirliyin kollektivi faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək Xocalı soyqırımı abidəsinin önünə güllər düzüb.