Xəbər

Nazirliyin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xəbər
Nazirliyin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.

Nazirliyin kollektivi faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək Xocalı soyqırımı abidəsinin önünə güllər düzüb.

Qeyd edək ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunub. Erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib. Bu soyqırımı nəticəsində 613 dinc sakin qətlə yetirilib.

Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.