Xəbər

Nazirliyin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Xəbər
Nazirliyin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub.

Qeyd edək ki, 1990-cı il yanvar qurbanları rəmzi olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır. Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Faciənin ildönümləri izdihamlı ziyarətlərlə müşayiət edilir.