Xəbər

Nazirliyin kollektivi Anım Gününü qeyd edib

Xəbər
Nazirliyin kollektivi Anım Gününü qeyd edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi 27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.

Ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi qürur və ehtiramla yad olunub.

Qeyd edək ki, cənab Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilmiş Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.