Nazirliyin əməkdaşları peşə bayramı münasibətilə Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Nazirliyin əməkdaşları peşə bayramı münasibətilə Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2006-cı il tarixli müvafiq Sərəncamı ilə dekabrın 6-sı ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Artıq bu il Azərbaycanda telefon rabitəsinin yaradılmasından 140 il ötür.

 

Peşə bayramı günü münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edərək Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri qoyulub.

 

Sonra nazirliyin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.