Nazirlikdə könüllü qanvermə aksiyası keçirilib

Nazirlikdə könüllü qanvermə aksiyası keçirilib

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) qanvermə aksiyası keçirilib.

 

Aksiya RİNN-in və Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı ilə nazirliyin inzibati binasında baş tutub.

 

Hemofiliya və talassemiyadan əziyyət çəkən və digər xəstələrə yardım və tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə keçirilən ənənəvi qanvermə aksiyasına nazirliyin əməkdaşları da qoşulublar.

 

Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb. Tibbi müayinədən sonra onlardan qan götürülüb.