Xəbər

Nazir Rəşad Nəbiyevin Ağdamda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib

Xəbər
Nazir Rəşad Nəbiyevin Ağdamda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 24 iyun 2026-cı il tarixində, saat 09:00-da Ağdam şəhərində yerləşən Konfrans Mərkəzində Füzuli, Ağdam və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula 23 iyun 2026-cı il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.