Nazir Rəşad Nəbiyev Sabirabadda şəhid və qazi ailələrini ziyarət edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Sabirabad rayonuna səfəri çərçivəsində şəhid və qazi ailələrini ziyarət edib.
Nazir şəhid Asim Əliyevin ailə üzvləri ilə görüşüb. Görüşdə şəhidlə bağlı xatirələrdən, onun Vətən müharibəsində göstərdiyi şücaətdən danışılıb.
Rəşad Nəbiyev, həmçinin qazi Tural Qəhrəmanovun evində qonaq olub.
Nazir şəhid və qazi ailələrinin qayğıları ilə yaxından maraqlanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hər iki ailəyə hədiyyələr təqdim edilib.