Xəbər

Nazir Rəşad Nəbiyev Rəqəmsal Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüş keçirib

Xəbər
Nazir Rəşad Nəbiyev Rəqəmsal Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüş keçirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rəqəmsal Əməkdaşlıq Təşkilatının baş katibi Deemah Al Yahya ilə görüş keçirib.

Görüşdə rəqəmsal transformasiya, süni intellekt, innovasiya, kibertəhlükəsizlik və rəqəmsal bacarıqların inkişafı və birgə təşəbbüslərin genişləndirilməsi məsələləri müzakirə edilib. 

Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq bazarlara çıxarılması, startap ekosisteminin inkişafı, nəqliyyatın rəqəmsallaşdırılması və regional bağlantının gücləndirilməsi üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. 

Görüşdə, həmçinin Azərbaycanın "DCO"ya üzvlüyü çərçivəsində Təşkilatın Nizamnaməsi imzalanıb və qarşı tərəfə təqdim edilib.