Nazir Rəşad Nəbiyev Qaxda vətəndaşları 12 sentyabrda qəbul edəcək

Nazir Rəşad Nəbiyev Qaxda vətəndaşları 12 sentyabrda qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən  rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 9 sentyabr 2022-ci il tarixində Qax şəhərində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

 

Rəşad Nəbiyev adı çəkilən rayonların sakinlərini 12 sentyabr 2022-ci il tarixində saat 10:00-da Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov pr. 10) qəbul edəcək.

 

Qəbulda nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlər dinləniləcək.

 

Qəbula yazılmaq üçün 11 sentyabr 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu (mincom@mincom.gov.az), 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə qeydiyyatdan keçmək olar.