Xəbər

Nazir Rəşad Nəbiyev Koreya Respublikasının ölkəmizdəki səfiri Kang Kymgu ilə görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev Koreya Respublikasının ölkəmizdəki səfiri Kang Kymgu ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Koreya Respublikasının ölkəmizdəki səfiri Kang Kymgu ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti və növbəti iclasın keçirilməsi haqqında müzakirələr aparılıb.

Süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında birbaşa uçuşların təşkili, həmçinin Koreya şirkətlərinin Azərbaycanda aktiv iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.