Xəbər

Nazir Rəşad Nəbiyev İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti ilə görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru Valid Abdelvahabın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Qonaqlara ölkəmizdə dəmir yolu və liman sahəsində, o cümlədən əhalinin sürətli genişzolaqlı internetə çıxış imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verilib.