Xəbər

Nazir Rəşad Nəbiyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Elkiyar Ziyadov və Etibar Hüseynovla görüş keçirib.

 

Layihənin idarəçi rəhbərlərindən biri olaraq Rəşad Nəbiyev birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini və potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini qeyd edib. Nazir bildirib ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.

 

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində rəqəmsal inkişaf və nəqliyyat nazirinə Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.

 

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən   birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

 

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.