Nazir Rəşad Nəbiyev Gürcüstanda səfərdə olub
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstanda səfərdə olub.
Səfər çərçivəsində Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi çərçivəsində infrastruktur obyektlərinin tikintisi ilə bağlı aparılan işlərlə yerində tanışlıq məqsədilə Tetritskaro dəmir yolu stansiyasına baxış keçirilib.
Bununla yanaşı, nazir Rəşad Nəbiyev Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
Görüşdə ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti ilə yük daşımalarının həcminin artırılması istiqamətində birgə tədbirlərin görülməsi və layihə üzrə Gürcüstan ərazisində planlaşdırılan işlərin sürətləndirilməsi barədə məsələlər müzakirə edilib.