Xəbər

Nazir Rəşad Nəbiyev Gürcüstanda səfərdə olub

Xəbər
Nazir Rəşad Nəbiyev Gürcüstanda səfərdə olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana işgüzar səfər edib.

Səfər çərçivəsində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüş keçirilib.

Görüş zamanı iki ölkə arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq, o cümlədən dəmiryolu ilə sərnişindaşıma məsələləri müzakirə olunub.

Eyni zamanda yüklərin Çindən Avropa istiqamətinə və geriyə daşınmasının səmərəli təşkili üçün mütəmadi tədbirlərin görülməsinə dair fikir mübadiləsi aparılıb.