Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçi tərəfdaşı, sədri və baş icraçı direktoru ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçi tərəfdaşı, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüş keçirib.
Görüşdə Azərbaycan və “GIP” arasında əməkdaşlığın inkişaf perspektivləri, investisiya imkanları və regional layihələrdə, o cümlədən Orta Dəhlizin inkişafında iştirak məsələləri müzakirə olunub. Azərbaycanın nəqliyyat-logistika və rəqəmsal infrastruktur sahəsində artan imkanları nəzərə alınaraq, logistika, rəqəmsal infrastruktur və data mərkəzləri istiqamətində potensial investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.